ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistana səfəri:-“Məqsəd Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır”backend

ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistana səfəri:-“Məqsəd Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT təhlükəsizlik Şurasının Ermənistan Azərbaycan sərhəddində baş verən hərbi vəziyyətlə əlaqədar fövqəladə toplantısında Azərbaycanın əleyhinə əlahiddə hər hansı qərar qəbul edilmədi. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir. Demək olar ki, BMT səviyyəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir. Ermənistanın BMT Təhlükəsizlik Şurasından və KTMT-dən gözləntiləri reallaşmadı”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilib:

“Nikol Paşinyan razılaşmalara əməl etməyəcəksə, hərbi toqquşmaların davam etməsi istisna deyil. Paşinyan yenidən Vladimir Putinlə telefonla danışıb. N. Paşinyan Qərbdə bir mövqe sərgiləyir, Rusiyada bir mövqe…Ona görə də bu gün ölkəsini dalan vəziyyətə gətirib. Artıq Ermənistan siyasi cəhətdən beynəlxalq birliyin dəstəyini ala bilmədi. Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı üstələyib”.

M. Əsədullazadənin sözlərinə görə ABŞ Nümayəndələr palatasının spikeri N. Pelosinin Ermənistana səfəri N. Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır:

“Göründüyü kimi ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Amma Rusiyanın buna şərait yaratmayacağı, Moskvanın təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması istisna deyil. Çünki Rusiya Brüssel formatını da fiaskoya uğradıb. Təbii ki, N. Paşinyanın siyasi iradəsizliyindən bu proseslər baş verir. Erməni baş nazir Moskvadan uzaqlaşmayınca ölkəsində siyasi sabitlik mümkün olmayacaq”.

//Gülnarə Abasova, Editor.az