ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum oldubackend

ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-də ABŞ Nümayəndələr Palatası Luizianadan olan respublikaçı Mayk Consonun spiker seçilməsi üçün səsvermə keçirib.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Consonun namizədliyini 220 nəfər dəstəkləyib, 209 nəfər isə əleyhinə səs verib.

Nəşr qeyd edir ki, spikerin seçilməsi ilə qanunvericilər nəhayət işlərinə qayıda biləcəklər və “onların çoxu İsrailə yardım ötürməyə can atırlar və hökumətin maliyyələşdirmə müddətinin gələn ay yaxınlaşdığını düşünürlər”. 51 yaşlı konqresmen oktyabrın əvvəlində ABŞ qanunvericilərinin istefası üçün səs vermiş spiker Kevin Makkartini əvəzləyib.

//Samir Qurbanov, Editor.az