ABŞ nüvə müharibəsinə hazır olduğunu bəyan edibbackend

ABŞ nüvə müharibəsinə hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) balansında olan “Minuteman III” qitələrarası ballistik raketinin uğurlu sınaqları nəticəsində ABŞ hökuməti öz nüvə qüvvələrinin hazır olması ilə bağlı bəyanat yayıb.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” bəyanat yayıb. Bəyanatda sınaqların Ukraynada davam edən münaqişə ilə heç bir əlaqəsinin olmadığı vurğulanır və deyilir ki, sınaqların nəticələri “ABŞ nüvə qüvvələrinin hazırlığını və milli nüvə vasitilərinin məhvetmə qabiliyyətinə və effektivliyinə inamı” təsdiqləyib. Həmçinin dəqiqləşdirilir ki, ABŞ Hərbi Hava Qüvvələrində nüvə silahı sınaqları adi xarakter daşıyır və əvvəllər 300 dəfədən çox keçirilib.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon Çinlə münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq üçün III Minuteman-ın sınaqlarını qeyri-müəyyən müddətə təxirə salmışdı. Sınaqların təxirə salınması elanından iki gün əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsi beynəlxalq rezonansa və Çinin kəskin mənfi reaksiyasına səbəb olub.

//Samir, Editor.az