ABŞ: Nüvə sazişini canlandırmağın yeganə yolu İranın lazımsız tələblərindən əl çəkməsidirbackend

ABŞ: Nüvə sazişini canlandırmağın yeganə yolu İranın lazımsız tələblərindən əl çəkməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Avqustun 4-də Avstriyanın paytaxtı Vyanada ABŞ, Avropa İttifaqı (Aİ) və İran arasında nüvə razılaşmasına qayıtmaq üçün danışıqlar aylar sonra yenidən başlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ nüvə sazişinə qayıtmaq üçün müzakirə edilə biləcək hər şeyin artıq edildiyinə inanır və nüvə sazişini canlandırmanın yeganə yolunun İranın lazımsız tələblərindən çəkməsində görür.

“İranın JCPOA-ya (Birgə Hərtərəfli Fəaliyyət Planı) uyğunluğunun qarşılıqlı şəkildə qaytarılmasını təmin etməyin yeganə yolu onun JCPOA-nın əhatə dairəsini aşan, qəbuledilməz tələblərdən imtina etməsidir. Biz çoxdan bu tələbləri lazımsız hesab etmişik”, – Prays bildirib. ABŞ-ın Aİ-nin nüvə sazişinin bərpası ilə bağlı “yekun” mətninə özəl cavab verəcəyini deyən Prays heç bir zaman cədvəli açıqlamayıb.

//Gülnarə Abasova, Editor.az