ABŞ nüvə silahı daşıya bilən yeni qırıcılarını Böyük Britaniyadya yerləşdirir: Dünya “soyuq müharibə” illərinə qayıdırbackend

ABŞ nüvə silahı daşıya bilən yeni qırıcılarını Böyük Britaniyadya yerləşdirir: Dünya “soyuq müharibə” illərinə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüvə silahı daşıya bilən yeni ABŞ qırıcıları elə bu il Böyük Britaniyada yerləşdiriləcək.

Editor.az “The Telegraph”a istinadən xəbə verir ki, F-35-lərin iki eskadrilyası tezliklə Suffolkdakı “Lakenheath” Hərbi Hava Qüvvələri bazasına gələcək.

Hərbi mənbələr hazırda aviabazada olan F-15-ləri əvəz etmək üçün 54 F-35-in yenidən yerləşdirilməsi qərarını “əhəmiyyətli” adlandırıblar. F-15-lər nüvə silahı daşımağa qadir olsalar da, daha az inkişaf etmişlər.

“The Telegraph” xatırladır ki, ABŞ-ın ümumilikdə 110 nüvə bombası 2008-ci ilə qədər Hərbi Hava Qüvvələrinin “Lakenheath” bazasında saxlanılırdı. Llakin nüvə müharibəsi təhlükəsi sovuşduqdan sonra oradan çıxarılıb. Mütəxəssislər ABŞ-ın nüvə silahlarının Britaniya torpaqlarına potensial qaytarılmasını Qərbin yeni soyuq müharibəyə girdiyinin sübutu kimi qiymətləndiriblər. “Bu, əsil soyuq müharibədir və bu, strateji uçurumdur. Bu, poker oyunudur.

Əgər ABŞ Böyük Britaniyada nüvə silahı yerləşdirirsə, bu, Rusiyaya onların ciddi olduğuna dair siqnaldır”, – ekspertlərdən biri deyib. Mütəxəssislər həmçinin qeyd edirlər ki, aviabazanın tikintisi ABŞ-ın “gərginliyin artdığı bir dövrdə onları daha sürətli hərəkət etdirə biləcəyi” anlamına gəlir.

Qeyd edək ki, hazırda Belçika, Almaniya, Hollandiya, İtaliya və Türkiyədə Amerikanın nəzarətində olan 150-yə yaxın B-61 nüvə qravitasiya bombası var.

//Samir Qurbanov, Editor.az