ABŞ ölkədəki daha 14 min 600 əfqana müvəqqəti qoruma statusu verməyi qərara alıbbackend

ABŞ ölkədəki daha 14 min 600 əfqana müvəqqəti qoruma statusu verməyi qərara alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hazırda ölkədə yaşayan daha 14 600 əfqana müvəqqəti müdafiə statusu veriləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən əfqan mühacirlərlə bağlı açıqlamasında deyib.

Açıqlamaya görə, 15 mart 2022-ci il və 20 sentyabr 2023-cü il tarixləri arasında ölkəyə daxil olan əfqan mühacirlərə müvəqqəti qoruma statusu veriləcək.

Bundan əlavə, hazırda ABŞ-da müvəqqəti himayə altında olan 3100 Əfqanıstan vətəndaşının statusu 18 ay uzadılacaq. “Departament bu müvəqqəti humanitar yardım vasitəsilə Əfqanıstan vətəndaşlarını dəstəkləməyə davam edəcək”,- deyə Daxili Təhlükəsizlik Katibi Alejandro Mayorkas bildirib.

//Gülnarə Abasova, Editor.az