ABŞ ordusu 24 min nəfər azalacaqbackend

ABŞ ordusu 24 min nəfər azalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunda kadr çatışmazlığı səbəbindən 24 min nəfər ixtisar ediləcək.

Editor.az Fox News-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. “Ordu indiki əsgərləri tərk etməyi tələb etmir. Ordu növbəti bir neçə il ərzində gücünü artırdıqca, çox güman ki, bir çox qurğular orada yerləşən faktiki əsgərlərin sayını da artıracaq”, – sənəddə deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, azalma İraq və Əfqanıstandakı müharibələr zamanı üsyançılarla mübarizə ilə bağlı mövqeləri də əhatə edəcək. Hazırda bu vəzifələrə yüksək tələbat yoxdur.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin keçmiş zabiti və politoloq Skott Bennet bəyan etmişdi ki, Şimali Atlantika Alyansı (NATO) ölkələrinin Rusiyaya qarşı mümkün hərəkətləri amerikalıların və avropalıların maraqlarına zidd olacaq və insanlar bunu istəmir.

//Gülnarə Abasova, Editor.az