ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ ordusu Yəməndə husilərin hədəflərinə hücum edib. Nəticədə husilərin Qırmızı dənizdə gəmilərə hücum etməyi planlaşdırdığı iki ballistik raket məhv edilib.
Editor.az xəbər verir ki, bu barədə komandanlığın X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
“Yanvarın 24-də Səna vaxtı ilə təxminən 02:30-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Husilərin iki gəmi əleyhinə raketinə hücum edib”, – bəyanatda bildirilir. Xatırladaq ki, yanvarın 12-də ABŞ Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə hücum edib.
Husilərin sözlərinə görə, nəticədə 5 əsgər həlak olub. ABŞ-ın zərbələri yanvarın 13 və 14-də də davam edib. Yanvarın 18-də ABŞ ordusu Husilərin gəmi əleyhinə raketlərinə hücum edib. ABŞ Yəmən hədəflərinə hücumları beynəlxalq gəmilərin Qırmızı dənizdə atəşə tutulması ilə izah edib.
//Samir Qurbanov, Editor.az

