ABŞ ordusunun iki generalı Ermənistana gedibbackend

ABŞ ordusunun iki generalı Ermənistana gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun iki generalı hazırda davam edən “EAGLE PARTNER 2023” hərbi təlimləri çərçivəsində Ermənistana səfər ediblər.

Bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.

Məlumata görə, general-mayor Qreqori Anderson və briqada generalı Patrik Eli ABŞ səfiri Kristina Kvin ilə birgə təlimləri izləyiblər.

Xatırladaq ki, Ermənistan ərazisində ABŞ ilə birgə keçirilən hərbi təlimlər sentyabrın 11-i başlayıb və ayın 20-nə qədər davam edəcək. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edir.