“ABŞ öz maraqlarını təmin etmək üçün onlara maddi yardımlar edir”- POLİTOLOQDAN AÇIQLAMAbackend

“ABŞ öz maraqlarını təmin etmək üçün onlara maddi yardımlar edir”- POLİTOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları dünyanın hegemon dövləti olaraq müxtəlif coğrafiyalarda öz maraqlarını həyata keçirmək üçün bir çox dövlətlərlə əməkdaşlıq edir. ABŞ, öz maraqlarını təmin etmək üçün onlara maddi yardımlar edir.

Maraqlıdır, ABŞ İsrail və Ukraynaya nə üçün yardım göstərir? ABŞ-ın öz mənfəəti nədir?

Politoloq Oqtay Qasımov Editor.az-a mövzu ilə bağlı bildirib ki, 90- cı illərdə “Böyük Şahmat Taxtası” kitabında yazılırdı ki, Rusiya İmperiyası öz gücünü əvvəlki kimi bərpa etməsi üçün Ukrayna Rusiyanın nəzarətində olmalıdır:

“Ukrayna Rusiyanın nəzarətində olmayacağı halda, Rusiya qlobal oyunçu ola bilməz. Elə məhz bunun üzərindən savaş gedir. Ukrayna Amerika tərəfindən həm də ona görə dəstəklənir ki, Ukrayna Rusiyanın qarşısında sanki bir növ sipərdi, Rusiyanın hərbi gücünü məhv edir, o mifi dağıdır. Ukrayna- Rusiya savaşında, Amerika Birləşmiş Ştatları həm Avropa Birliyi, həm NATO üzərində özünün təsir imkanlarını daha da artırdı. Ukrayna-Rusiya müharibəsinə qədər NATO-nun içində də müəyyən fikir ayrılıqları vardı, Avropa İttifaqının bəzi ölkələri də Amerikadan ayrılma xəttin götürmüşdülər. Amma Rusiyanın Ukraynaya hücumu ilə bu məsələlər geri planda buraxıldı və Avropa Birliyində, Avropa qitəsində Amerikanın təsir imkanları qat-qat artdı. Bu baxımdan, Ukraynanın dəstəklənməsi Amerika üçün həm də ona görə lazımdır ki, Rusiya zəif fiqur olaraq qalsın və güclənərək Çinlə birləşib ona qarşı rəqabət yarada bilməsin”.

//Fidan İbrahimli, Editor.az