ABŞ Polşada nüvə silahı yerləşdirəcək?backend

ABŞ Polşada nüvə silahı yerləşdirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa baş nazirinin müavini Yaroslav Kaçinski ölkəsinin Amerika nüvə silahlarının yerləşdirilməsinə açıq olduğunu bildirib.

Bu barədə Editor.az Rusiya mənbələrinə istinadən xəbər verir. Xəbərdə deyilir: “Əgər amerikalılar bizdən Polşada atom silahı yerləşdirməyi istəsəydilər, biz buna açıq olardıq. Bu, Moskvadan müdafiəni əhəmiyyətli dərəcədə gücləndirəcək

Eyni zamanda Polşa amerikalıların gələcəkdə Avropadakı mövcudluğunu indiki 100.000 əsgərdən 150.000-ə qədər artırsa, məmnun olardı”- baş nazirin müavini bildirib. Kaçinskinin onu da qeyd edib ki, NATO-nun şərq cinahında, yəni Rusiya ilə sərhədlərdə 75 min əsgər daimi, Baltikyanı ölkələr və Polşada isə 50 min əsgər yerləşdirilməlidir. Baş nazir müavinin fikrincə, Polşanın təhlükəsizliyini ən böyük ölçüdə təmin edən məhz ABŞ ordusudur.

Xatırladaq ki, bundan əvvəl Polşa baş nazirinin müavini NATO-nun sülhməramlı missiyasının Ukraynaya göndərilməsinin zəruriliyindən danışmışdı. Kreml hesab edir ki, bu, “çox ağır olan nəticələrə” gətirib çıxaracaq. Sülhməramlıların göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Yens Stoltenberq bildirib ki, NATO münaqişənin bir hissəsi olmadığı üçün alyans öz qüvvələrini Ukraynaya göndərməyəcək.