ABŞ Polşaya 1 milyard 275 milyon dollarlıq raket satışına razılıq veribbackend

ABŞ Polşaya 1 milyard 275 milyon dollarlıq raket satışına razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Polşaya 1 milyard 275 milyon dollar dəyərində AARGM-ER raketlərinin satışını təsdiqləyib.

Editor.az xəbər verir ki, Pentaqonun Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən verilən açıqlamada ABŞ Dövlət Departamentinin Polşaya 1 milyard 275 milyon dollar dəyərində uzaq mənzilli radar idarəolunan raketlərin satışı ilə bağlı mümkün razılaşmanı təsdiqlədiyi bildirilib.

“Polşa hökuməti Vaşinqtondan 360 ədəd AARGM-ER raketinin alınmasını tələb edib və planlaşdırılan satış müqaviləsi NATO müttəfiqinin təhlükəsizliyini gücləndirərək ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini daha da irəli aparacaq”,- deyə açıqlamada bildirilib.

//Gülnarə Abasova, Editor.az