Polşanın müdafiə naziri Mariuş Blaşşak ABŞ-ın Varşavaya təxminən 500 HIMARS reaktiv yaylım atəşi sistemlərinin satışını təsdiqlədiyini açıqlayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Blaşşak Tvitter hesabından verdiyi açıqlamada qeyd edib.
Baş nazir yanvarın 30-da bildirib ki, Polşa bu il ümumi daxili məhsulunun 4 faizini müdafiəyə ayıracaq və bu, NATO-ya üzv ölkələr arasında ən yüksək pay ola bilər.
Onu da qeyd edək ki, Polşa keçən il ABŞ-dan Abrams tankları və HIMARS çoxsaylı raket buraxılış sistemləri və Cənubi Koreyadan tank və reaktiv təyyarələr də daxil olmaqla bir sıra irimiqyaslı hərbi satınalmalar üçün müqavilələr imzalayıb.
//Safura Bənnayeva, Editor.az