ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) ABŞ-ın Polşaya Amerika silahlarının alınması üçün 4 milyard dollar kredit ayıracağını açıqlayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, vəsait Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində ayrılacaq. Press-relizdə bildirilir ki, son üç ildə ABŞ-ın respublikaya ayırdığı kredit dəstəyinin ümumi məbləği 15 milyard dolları keçəcək.
DSCA əlavə edib ki, bu əhəmiyyətli dəstək Polşanın öz müdafiəsinə və NATO-nun kollektiv müdafiə yükünü bölüşməsinə güclü sadiqliyini əks etdirir. Bəyanatda qeyd olunub ki, Polşa ABŞ-ın Avropadakı ən güclü və etibarlı müttəfiqlərindən biri Alyansın şərq cinahında ön xətt ölkəsi və müdafiə investisiyalarında lider olaraq qalır.
Agentlik həmçinin qeyd edib ki, Polşa silahlı qüvvələrini inkişaf etdirmək və suverenliyini qorumaq üçün qəti addımlar atır.
//Gülnarə Abasova, Editor.az

