ABŞ prezidenti Bayden AÇIQLADI: Rusiyada rejim dəyişikliyi ilə bağlı çağırış etməmişəmbackend

ABŞ prezidenti Bayden AÇIQLADI: Rusiyada rejim dəyişikliyi ilə bağlı çağırış etməmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiyada “rejim dəyişiklikliyinə” çağırış etməsi barədə iddialara cavab verib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Bayden şənbə günü Polşanın paytaxtı Varşavadakı çıxışı zamanı deyib ki, Rusiya lideri Vladimir Putin hakimiyyətdə qala bilməz.

Baydenin bu çıxışı ciddi rezonans doğurmuşdu. Məlum çıxışdan bəri Bayden administrasiyası çıxışın təsirlərini azaltmağa çalışır.

Kreml isə Baydenin çıxışına qarşı bəyanat verib: “Buna qərar verəcək Bayden deyil. Rusiya liderini ruslar seçir”.

Baydenin sözləri Amerikanın bəzi müttəfiqlərində də narahatlığa səbəb olub və Fransa prezidenti xəbərdarlıq edib ki, bu cür sözlər sülhün əldə olunmasına mane ola bilər.

//Gülnarə Abasova, Editor.az