Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden İsrailin Qəzzaya hücumları ilə bağlı məlumat almaq və Qəzzada mülki şəxslərə humanitar yardım göstərilməsinin vacibliyini vurğulamaq üçün çərşənbə günü Təl-Əvivə gedəcək.
Bir tərəfdən Baydenin çərşənbə gününün bir hissəsini Təl-Əvivdə keçirəcəyi, İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşəcəyi gözlənildiyi halda, digər tərəfdən İsrailin HƏMAS-a qarşı quru əməliyyatına başlayacağı gözlənilir.
Bayden daha sonra mühasirədə olan və 2,3 milyondan çox insanın yaşadığı Qəzzaya humanitar yardımın sürətləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün İordaniyanın paytaxtı Əmmana uçacaq.
İordaniya kralı Abdulla Əmmanda Misir prezidenti Əbdülfəttah əs-Sisi və İsrailin işğalı altında olan İordan çayının qərb sahilində məhdud muxtariyyət tətbiq edən Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşəcək. Müxtəlif ölkələrdən yüzlərlə tonluq yardım Misirin Sinay yarımadasında günlərdir ki, Qəzzaya təhlükəsiz şəkildə çatdırılması və bəzi xarici pasport sahiblərinin Rəfah sərhəd qapısından təxliyyə edilməsi üçün razılaşmanı gözləyir.
//Gülnarə Abasova, Editor.az

