BMT Baş Assambleyasının sessiyasında ABŞ prezidenti Co Bayden təşkilatın Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik təklif edəcək. Editor.az bildirir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “The Daily Telegraph”a deyib.
“Düşünürəm ki, prezident Bayden bu barədə ətraflı danışacaq.
Biz açıq şəkildə bildirdik ki, Təhlükəsizlik Şurasının strukturu ilə bağlı sualı qaldırmağın vaxtı çatıb”, – deyə o, qeyd edib. Nəşrin yazdığı kimi, Co Bayden Hindistan, Almaniya və Yaponiya da daxil olmaqla BMT Təhlükəsizlik Şurasına “beş-altı” yeni daimi üzv daxil etməkdə israrlıdır.
ABŞ həmçinin Braziliya və Cənubi Afrikanı da mümkün daimi üzvlər kimi nəzərdən keçirir. BMT-nin baş katibi Antonio Quterreş də bu yaxınlarda bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının islahatları nəticəsində Afrika ölkələrindən biri təşkilatda daimi üzv qəbul etməlidir. Xatırladaq ki, hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadır. 2022-ci ildən Qabon, Qana və Keniya kimi Afrika ölkələri təşkilatın qeyri-daimi üzvlərinə çevrilib. Bununla belə, yalnız daimi üzvlərin veto hüququ var.
//Samir Qurbanov, Editor.az

