ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpin haqqında: O, həqiqətən diktatordur!backend

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpin haqqında: O, həqiqətən diktatordur!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpini hələ də diktator hesab etməkdə davam etdiyini bildirib.

Editor.az bildirir ki, bu barədə o, Çin lideri ilə Amerikanın San-Fransisko şəhərində ATEC sammiti çərçivəsində baş tutan ikitərəfli görüşdən sonra bildirib.

“O, həqiqətən diktatordur. O, bizimkindən tamamilə fərqli olan kommunist ölkəsini idarə edən eyni adam olması mənasında diktatordur. Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə olaraq mümkün deyil” – Bayden deyib. ABŞ lideri əlavə edib ki, o, Çin liderini ABŞ-dakı seçkilərə müdaxilə etmək barədə “xəbərdar edib.

Qeyd edək ki, ABŞ prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında ikitərəfli danışıqlar iki saata yaxın davam edib. Danışıqlar zamanı Si Cinpin Çin və ABŞ arasında mümkün münaqişənin dözülməz nəticələrə səbəb olacağı fikrini bildirib.

Onun fikrincə, Pekin və Vaşinqton birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün hər şeyi etməlidir. Çin prezidenti həmçinin qeyd edib ki, Çin-Amerika münasibətlərinin “parlaq gələcəyi” olduğuna əmindir.

//Samir Qurbanov, Editor.az