ABŞ prezidenti Co Bayden ölkənin iqtisadi problemlərinə toxunaraq Çini “saatlı bomba” adlandırıb.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Bayden bunu Yuta ştatında keçirilən siyasi fandreyserdə deyib. “Onların bəzi problemləri var.
Bu yaxşı deyil, çünki pis insanlar problemi olanda pis işlər görürlər. Çin hazırda problem içindədir”, – Bayden bildirib.
Amerika prezidenti qeyd edib ki o, Çinə zərər verməyə çalışmır və bu ölkə ilə rasional münasibətlərə can atır.
Agentlik qeyd edir ki, Bayden iyun ayında Çin Xalq Respublikasının lideri Si Cinpini “diktator” adlandırmışdı. Çin bu sözləri təxribat kimi qəbul etmişdi.
Qeyd edək ki, Çinin istehlak sektoru deflyasiyaya düşüb və iyul ayında satış qiymətləri azalmağa davam edir.
Nəticə etibarı ilə, Çin dünyanın başqa yerlərindəki inflyasiyadan fərqli olaraq, istehlak qiymətləri və əmək haqqının durğunluğu ilə daha ləng iqtisadi artım dövrünə qədəm qoya bilər.
//Samir Qurbanov,Editor.az

