ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcəkbackend

ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden gələn həftə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüş keçirmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə cənab Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinq zamanı bildirib.

O, belə bir görüşün hazırkı Amerika prezidenti üçün ilk belə tədbir olacağını dəqiqləşdirib. Sallivanın sözlərinə görə, Co Baydenlə görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın prezidentləri iştirak edəcək.

Bu dövlətlərin rəhbərlərinin görüşdə iştirakı diplomatik kanallarla artıq təsdiqlənib.

Co Baydenin köməkçisi əlavə edib ki, görüşdə regional təhlükəsizlikdən tutmuş ticarət və əlaqəyə, iqlim dəyişikliyinə, idarəçiliyin təkmilləşdirilməsi və qanunun aliliyinin gücləndirilməsi üçün davam edən islahatlara qədər “çox məsələlər” müzakirə olunacaq.

Lakin görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az