ABŞ prezidenti Co Baydendən Ukrayna xalqına açıq mesajbackend

ABŞ prezidenti Co Baydendən Ukrayna xalqına açıq mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna noyabrın 28-nə keçən gecə həyata keçirdiyi kütləvi zərbələrə cavab verib və Ukrayna xalqına açıq mesaj verib.

ABŞ liderinin bəyanatı Ağ Evin saytında dərc olunub. Demokrat qeyd edib ki, “Rusiya Ukraynaya dəhşətli hava hücumu həyata keçirib”. Prezident vurğulayıb ki, rusların Ukrayna ərazisinə güclü hücumu zorakılıq xarakteri daşıyır və bir daha ukraynalıları Rusiyanın təcavüzündən müdafiəsində dəstəkləməyin aktuallığı və vacibliyi barədə mesaj verir. “Ukrayna hakimiyyəti bildirir ki, Rusiya Ukrayna şəhərlərinə və enerji infrastrukturuna qarşı 200-ə yaxın raket və pilotsuz uçan aparat atıb və bu, Ukraynanın mülki əhalisini elektrik enerjisindən məhrum edib”, – prezident qeyd edib. Amerika lideri ukraynalılara açıq mesaj da verib:

“ABŞ sizinlədir”. Onun fikrincə, Rusiya Federasiyası Ukrayna vətəndaşlarının qətiyyətini, möhkəmliyini və cəsarətini qiymətləndirməməkdə davam edir. “ABŞ 50-dən çox ölkə ilə birlikdə Ukraynanı və onun azadlıq mübarizəsini dəstəkləyir”, – o vurğulayıb.

//Samir Qurbanov, Editor.az