ABŞ prezidenti Co Bayden NATO sammiti üçün Vilnüsdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Editor.az xarici mediaya istinadən bildirir ki, ikilinin görüşü ilə bağlı Ağ Evdən yazılı açıqlama verilib.
Açıqlamaya görə, Bayden Rusiyanın işğalçı müharibəsinə qarşı Ukraynanı dəstəkləməyə davam edəcəyini təsdiqləyib. O, həmçinin bəyan edib ki, Ukraynanın Avro-Atlantik cəmiyyətinə inteqrasiyası dəstəklənəcək.
Hər iki tərəf G7 liderlərinin Ukraynaya birgə dəstək bəyanatını alqışlayıb. Liderlər Ukraynanın gələcəkdə özünü qoruması üçün ikitərəfli təhlükəsizlik öhdəliklərini, Rusiyaya qarşı hücumunu və bu kontekstdə ABŞ-ın dəstəyini də müzakirə ediblər.
//Safura Bənnayeva, Editor.az

