ABŞ Prezidenti: Ukrayna və Avropa liderləri ilə danışıqlar “yaxşı irəliləyir”backend

ABŞ Prezidenti: Ukrayna və Avropa liderləri ilə danışıqlar “yaxşı irəliləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropa liderləri ilə aparılan danışıqların “yaxşı irəlilədiyini” bildirib.

Tramp bunu Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı deyib:

“Uzun müzakirələrimiz olub və görünür, işlər yaxşı gedir. Amma bunu biz artıq uzun müddətdir deyirik. Mənim Volodimir Zelenski ilə də uzun söhbətim oldu”.

ABŞ lideri əlavə edib ki, o, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa, Finlandiya və Fransa liderləri, eləcə də NATO rəhbərliyi ilə “çox uzun və çox yaxşı” danışıqlar aparıb.

//APA