ABŞ Prezidentinin elçisi Stiv Vitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bu gün baş tutmayacaq.
Mənbələr “Axios”a bildiriblər ki, “Vitkoffun çərşənbə günü Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılırdı, lakin səfər təxirə salındı”. Nəşr qeyd edir ki, həm ABŞ, həm də Ukrayna rəsmiləri bunu təsdiqləyiblər. Mənbə Vitkoffun bu həftənin əvvəlində Mayamidə Ukraynanın keçmiş müdafiə naziri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) rəhbəri Rüstəm Umerovla görüşdüyünü təsdiqləyib.
“The Economist” Stiv Vitkoffun Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla da danışıqlar aparmayacağını bildirib. Hər iki görüşün ləğvi ilə bağlı rəsmi açıqlama verilməyib.
//Samir Qurbanov, Editor.az

