ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki zamanı yalanı ifşa olunubbackend

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki zamanı yalanı ifşa olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki zamanı yalanı ifşa olunub.

Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Görüntülər Vaşinqtondakı Demokrat Partiyasının qərargahında çəkilib. Videoda o, telefonla danışırmış kimi görünür.

“Siz artıq səs vermisiniz?” – deyə Harris telefonla soruşur.

Bundan sonra o, sanki cavabı dinləyirmiş kimi fasilə verir və “Siz bunu etdiniz, təşəkkür edirəm!” – deyə səslənib.

Daha sonra Harris smartfonun ekranını bu zaman ona əl çalan tərəfdarlarına tərəf çevirib. Bu anda ekranda zəng üçün xarakterik olan interfeys əvəzinə kamera tətbiqinin işlədiyi görünüb.

Siyasətçinin telefonu ilə bağlı müvafiq video sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.