ABŞ prezidentliyinə namizəd Nikki Heyli Donald Tramp üçün: O, qeyri-sabit və ağlını itirmiş adamdırbackend

ABŞ prezidentliyinə namizəd Nikki Heyli Donald Tramp üçün: O, qeyri-sabit və ağlını itirmiş adamdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq üçün Donald Trampla rəqabət aparan Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli seçki kampaniyasına son qoymaq planlarını rədd edərək, rəqibini açıq tənqidə əl atıb.

Editor.az NBC News-a istinadən xəbər verir ki, Heyli bir vaxtlar məzun olduğu Klemson Universitetində etdiyi çıxışda səsvermənin məyusedici nəticələrinə baxmayaraq, prezidentlik yarışından geri çəkilmək niyyətində olmadığını qeyd edib.

O, Trampı birbaşa tənqid edərək onu Respublikaçılar Partiyası üçün “fəlakət” və ilk namizəd olduğu vaxtdan “daha qeyri-sabit və ağlını itirmiş” adlandırıb. Heyli eyni zamanda digər respublikaçıları “bunu ucadan söyləməkdən çox qorxduqlarına” görə tənqid edib: “Əlbəttə, Trampı açıq şəkildə dəstəkləyən bir çox siyasətçilər ondan qorxurlar. Onun partiyamız üçün nə qədər fəlakət olduğunu və olacağını bilirlər”. Trampın rəqibi NATO ilə bağlı açıqlamasına: Siz təcavüzkarın tərəfini tuta bilməzsiniz. “Yaxşı, mən əlverişsiz həqiqəti ucadan danışmaqdan qorxmuram. Onun rəğbətini qazanmağa ehtiyac hiss etmirəm. Həm də Trampın qisas almasından qorxmuram. Ondan heç nə gözləmirəm”, – siyasətçi vurğulayıb.

//Samir Qurbanov, Editor.az