Amerika hakimiyyəti Rusiyaya Ukraynanın NATO-ya qəbul edilməyəcəyinə dair söz verməlidir.
Editor.az bildirir ki, bu fikri ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami seçicilərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, belə bir “sövdələşmə” Ukrayna münaqişəsini elə həll edəcək ki, Ukrayna “bəzi ərazi güzəştləri ilə öz suverenliyini qoruyub saxlayacaq”. “Mən düşünmürəm ki, bu münaqişə bizim maraqlarımızı müdafiə edir.
Düşünürəm ki, biz öz sərhədlərimizi qorumaq üçün daha yaxşı istifadə oluna biləcək 200 milyard dollar vergi ödəyicisinin pulunu israf edirik. Amma daha pisi odur ki, bu, üçüncü dünya müharibəsi riskini artırır. Çünki bu, Rusiyanı Çinin əlinə daha da sıxışdırır”, – Vivek Ramasvami bildirib.
Qeyd edək ki, dekabrın 13-də ABŞ-ın hazırkı prezidenti Co Bayden bildirmişdi ki, Ukraynanın NATO-ya daxil olması yalnız zaman məsələsidir. Lakin onun quruma daxil olması məsələsinə Rusiya ilə hərbi əməliyyatlarda qalib gəldikdən sonra baxılacaq. Ukrayna 2022-ci ilin sentyabrında NATO-ya üzv olmaq üçün müraciət edib. İyulda Vilnüsdə keçirilən alyans sammitindən sonra bunun üçün lazımi şərtlər yerinə yetirildikdə ölkənin NATO-ya daxil olması qərara alınıb.
//Samir Qurbanov, Editor.az

