ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlarbackend

ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar Partiyasının güclü olduğu ABŞ-nin 6 ştatının baş prokurorları prezident seçkisində qalib gələn Donald Trampın qeyri-qanuni miqrantları kütləvi şəkildə ölkədən deportasiya etməsinin qarşısını almağa hazırlaşırlar.

Oxu.Az xəbər verir ki, bu barədə “Politico” yazır.

Bildirilir ki, Demokrat baş prokurorlar Trampın qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etməsinin qarşısını almaq üçün çoxlu sayda məhkəmə iddiaları hazırlayırlar.

Onların fikrincə, Trampın miqrantların kütləvi deportasiyası planlarını həyata keçirməsi ilə ən azı 4 milyon ailə ayrılacaq.

Nəşrdə yalnız beş ştatın – Nyu-Meksiko, Nyu-Cersi, Kolorado, Kaliforniya və Massaçusetsin adları qeyd olunur.