ABŞ-a məxsus MQ-9A Reaper tipli pilotsuz uçuş aparatı Qara dəniz üzərində kəşfiyyat apararkən Rusiya sərhədlərinə yaxınlaşıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
“Rusiya sərhədlərinə yaxınlaşan pilotsuz uçuş aparatı Qara dəniz üzərində Rusiya hava radar sistemləri tərəfindən təsbit edilib. Bunun üzərinə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-30 döyüş təyyarəsi havaya qalxıb. Rusiya döyüş təyyarəsi yaxınlaşdıqca xarici kəşfiyyat təyyarəsi MQ-9A Reaper Rusiya Federasiyasının sərhədlərindən “U” dönüşü edib. Rusiya döyüş təyyarəsi sağ-salamat hava bazasına geri dönərkən Rusiya sərhədlərinin pozulmasının qarşısı alınıb”.
Sözügedən müdaxilənin beynəlxalq qaydalara uyğun həyata keçirildiyi vurğulanıb:
“Rusiyaya məxsus döyüş təyyarəsinin uçuşu təhlükəsizlik tədbirlərinə uyğun olaraq neytral sular üzərində hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilib”.
//Safura Bənnayeva, Editor.az