“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyəti öz rejimi üçün ekzistensial təhlükə kimi görə bilər. Bu səbəbdən məğlub olmağa başlasa, nüvə silahından istifadə edəcək”.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib.
Haynes bildirib ki, Putin ABŞ və müttəfiqlərini Ukraynaya daha çox dəstək verməkdən çəkindirmək üçün onları nüvə silahı ilə qorxutmağa davam edəcək. ABŞ Milli Kəşfiyyat direktoru həmçinin müharibənin şərq və cənuba yönəldilməsinin müvəqqəti olacağını və Rusiyanın Ukraynadakı məqsədlərindən əl çəkmədiyini də vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

