ABŞ Putin və Si Cinpinin görüşünü Qərb hegemonluğunun sonu ilə əlaqələndirirbackend

ABŞ Putin və Si Cinpinin görüşünü Qərb hegemonluğunun sonu ilə əlaqələndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri beynəlxalq münasibətlərdə ABŞ-ın dünya hegemonluğunun sonuna doğru tədricən hərəkətlə xarakterizə olunan dəyişiklik prosesinə işarə edir. Rusiya və Çin lideri Vladimir Putin və Si Cinpin dünya nizamını dəyişmək məqsədini vurğulayacaqlar.

Editor.az xəbər verir ki, bu barədə Amerikanın Washington Post qəzeti yazır. “İki günlük səfəri zamanı Vladimir Putin – və Si Cinpin şəxsi dostluqlarını və dünya münasibətlərini dəyişdirmək və ABŞ-ın dünya işlərində hökmranlığına son qoymaq kimi ümumi məqsədlərini vurğulayacaqları gözlənilir”,- nəşr yazır.

Qəzetin qeyd etdiyi kimi, Rusiya və Çin ABŞ-ın mövqeyinə zidd olan özlərini dünya düzəninin lideri kimi təqdim etməklə yaxın siyasi və iqtisadi əlaqələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, Mayın 16-da Pekində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin iştirakı ilə geniş tərkibdə Rusiya-Çin danışıqları başlayıb.

//Gülnarə Abasova, Editor.az