ABŞ Rusiya “Milli Media Qrupu”nun direktorlar şurasının rəhbəri Alina Kabayevaya qarşı sanksiyalar paketi hazırlayıb, lakin hələlik onları qüvvəyə mindirə bilmir.
ABŞ rəsmiləri Kabayevaya qarşı sanksiyaların Putinə şəxsi zərbə kimi qəbul olunacağından ehtiyat edirlər.
ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri təkid edib ki, Rusiya Federasiyası prezidenti bu
cür sanksiyaların tətbiqinə aqressiv təpki verə və bu, Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
“The Wall Street Journal” qeyd edir ki, Kabayevanın Putindən üç övladı var, lakin bu, rəsmən təsdiqlənməyib. Qəzetin yazdığına görə, o, ilk övladını 2015-ci ildə İsveçrədə, daha sonra isə 2019-cu ildə Moskvada əkiz uşaq dünyaya gətirib.
Aprelin 6-da Rusiyanın ən böyük media holdinqi olan, “Pervı Kanal”, REN TV və digər KİVlərin səhmlərinə sahib olan “Milli Media Qrupu”nun saytından Alina Kabayevanın səhifəsi
silinib.
Kabaeva onun direktorlar şurasının sədri idi. Yəqin ki, Kabayevanın “yoxa çıxması” Navalnı komandasının müstəntiqi Georgi Alburovun “Twitter” səhifəsində yazdığı yazıların nəticəsidir.
O qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Kabayeva hələ də sanksiyalar siyahısına salınmayıb.
Yenisabah.az

