ABŞ Qarabağa missiya yerləşdirmək istəyir: Azərbaycanın cavabı nə olacaq?- AÇIQLAMAbackend

ABŞ Qarabağa missiya yerləşdirmək istəyir: Azərbaycanın cavabı nə olacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ sonuncu hadisələrdən sonra kifayət qədər fəallaşmağa çalışır”.

Bunu Editor.az-a Azad Vətən Partiyasının sədri,politoloq Akif Nağı ABŞ Dövlət Departamentinin “Birləşmiş Ştatlar Azərbaycanın “artsax” qarşısında öhdəliklərini yerinə yetirməsinə nəzarət etməli olan beynəlxalq missiya yaratmaq üzərində işləyir. Beynəlxalq İnkişaf Agentliyi kimi təşkilatların lazımi humanitar yardımı göstərə bilməsi üçün Qarabağa çıxışı olmalıdır”,- deyə qeyd etdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistanda təsirini gücləndirmək istədiyi əvvəlcədən də hiss olunurdu:

“Birgə təlimlərin keçirilməsi, rəsmilərin səfərlərinin baş tutması da bunu deməyə əsas verir. Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etdikdən sonra ya Amerika postmünaqişə dövrü üçün planlarını ortaya qoyur, ya da hadisələrin bu istiqamətdə getməsini gözləmədiyi üçün narahatlıq keçirir. Atdığı addımlar isə yaranmış vəziyyətdən istifadə edərək təsir imkanlarını artırmaq istədiyini göstərir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauerdə çox geniş, iddialı çıxışlar edir. Eyni zamanda o, Ermənistanda səfərdədir və rəsmi İrəvana çox böyük dəstəyin veriləcəyini də qeyd edir. Erməni mətbuatında ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana məktub yazması, prosesləri birgə aparmaqla bağlı fikirlərin yer aldığı da qeyd edilir. Ümumiyyətlə, Amerika Rusiyanın Ermənistan üzərində nəzarətini zəiflətməyə çalışır. Bu isə asan olmayacaq, kifayət qədər ciddi bağlar var”.

A.Nağının fikrincə, Amerikanın prosesə yanaşmasından asılı olaraq Rusiya Ermənistanı tərk edə bilər:

“ABŞ hazırda Ermənistanı bir qədər sakitləşdirmək mövqeyini tutur. Rəsmi İrəvanda gərginlik hökm sürür, xüsusən də  Rusiyanın müdafiə etdiyi qüvvələr hakimiyyət dəyişikliyinə çalışırlar. Amerikanın ciddi nəticə əldə edəcəyini demək çətindir. Çünki rəsmi Moskva da fəallaşıb. Ermənistanda isə Rusiya ilə bağlı ciddi ictimai, siyasi narazılıqlar var”.

Akif Nağının sözlərinə görə, Azərbaycan Amerika ilə münasibətləri istənilən səviyyədə qurur:

” Rəsmi Bakı öz qətiyyətli mövqeyindən geri çəkilməyəcək. ABŞ-ın Ermənistanda möhkəmlənməklə Qarabağ ermənilərinə hər hansı formada dəstək vermək niyyəti Azərbaycan tərəfindən qətiyyətlə rədd edilir. Heç bir nəticəyə nail ola bilməyəcəklər. “Artsax” la bağlı təhülükəsizliyə təminat vermək üçün yeni beynəlxalq missiyanın yaranması real görünmür. Azərbaycan ərazisində hər hansı mexanizmi formalaşdırmaq istəyirlərsə, rəsmi Bakı ilə danışmalıdırlar. Əgər Ermənistan rəhbərliyi ilə bu məsələni həll etmək istəyirlərsə, artıq həmin təşəbbüs iflasa uğrayıb. Azərbaycan ərazisində hər hansı missiyanın yaranmasına ehtiyac yoxdur. Rəsmi Bakının Qarabağ erməniləri ilə bağlı planları, atdığı addımlar da reallığa tam uyğundur”.

//Safura Bənnayeva, Editor.az