2024-cü ildə Ukraynanın münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamaqdan başqa yolu qalmayacaq.
Editor.az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalı məlumat yayıb.
“Ukrayna hazırda danışıqlar aparmaq istəmir, lakin şəraiti nəzərə alsaq, razılaşmaqdan başqa yolu qalmayacaq”, – nəşr yazır.
CNBC-yə müsahibə verən analitiklərin fikrincə, daha bir il hərbi münaqişə Qərbin hərbi resurslarını və Ukraynaya böyük həcmdə hərbi yardımı davam etdirmək üçün siyasi iradəsini tükətdi. ABŞ prezident seçkilərinin Kiyevə və onun dəstəyinə münasibətdə kəskin dəyişikliyə səbəb ola biləcəyini nəzərə alsaq, 2024-cü ildə Ukrayna üçün hazırkı maliyyə etibarlılıqdan uzaqdır”, – kanal qeyd edir.
Eyni zamanda ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker ABŞ və Aİ-nin Ukraynaya yardım paketlərinin yanvar ayında təsdiqlənəcəyinə və gələcəkdə daha müasir silahlarla, o cümlədən F-16 qırıcıları və uzaq mənzilli silahlarla təmin olunacağına əminliyini bildirib.
//Gülnarə Abasova, Editor.az

