ABŞ Qətəri İsrailin mümkün hücumu barədə xəbərdar edibbackend

ABŞ Qətəri İsrailin mümkün hücumu barədə xəbərdar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin mətbuat katibi Kerolayn Levit bəyan edib ki, Vaşinqton İsrailin HƏMAS rəhbərliyinə qarşı planlaşdırdığı hücumla bağlı Qətəri əvvəlcədən məlumatlandırıb.

Editor.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff Qətər tərəfinə xəbərdarlıq edib. Bildirilir ki, həmin dövrdə HƏMAS-ın bəzi liderləri Dohada yerləşirdi.

Levit əlavə edib ki, ABŞ regionda gərginliyin daha da artmaması üçün diplomatik vasitələrdən istifadə etməkdə davam edir.

//Samir Qurbanov, Editor.az