ABŞ qeyri-qanuni mühacirləri xəstəlik bəhanəsi ilə deportasiya etmək istəyirbackend

ABŞ qeyri-qanuni mühacirləri xəstəlik bəhanəsi ilə deportasiya etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları qeyri-qanuni mühacirlərin yoluxucu xəstəliklərin yayılması təhlükəsi əsasında ölkədən deportasiya edilməsinə icazə verəcək qaydalar tətbiq etməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bunu Amerika administrasiyasının daxili sənədlərinə istinadən yayıb.

“Qeyri-qanuni mühacirlərin vərəm kimi yoluxucu xəstəlikləri yayması ilə bağlı narahatlığını ifadə edən ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ABŞ-a qeyri-qanuni yollarla daxil olmağa çalışan immiqrantları ictimai sağlamlıq təhlükəsi hesab edəcək bir sərəncam verməyə hazırlaşır”, – deyə telekanal bildirib. ABŞ Ədliyyə Departamenti daha əvvəl qeyri-qanuni mühacirlərə ştat daxilində şəxsiyyəti təsdiq edən sənədləri əldə etməyə icazə verən qanuna görə Nyu-York ştatını məhkəməyə vermişdi.

Pentaqon rəhbəri fevral ayında bildirmişdi ki, ABŞ üçün əsas təhlükə qeyri-qanuni mühacirlər və “kommunist” Çindir.

//Gülnarə Abasova, Editor.az