ABŞ Qəzza zolağında həll üçün yeni təkliflər təqdim edə bilərbackend

ABŞ Qəzza zolağında həll üçün yeni təkliflər təqdim edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden tezliklə İsrailə və Fələstinin Həmas hərəkatına Qəzza zolağında həll üçün yeni təklif təqdim edə bilər.

Editor.az bu barədə Amerikanın Axios portalı istinadən xəbər verir. “Bayden girovları azad etmək və Qəzza zolağında atəşkəs yaratmaq üçün İsrail və HƏMAS-a son təklifi irəli sürməyi düşünür”, – yayımda deyilir.

Portal mənbələrə istinadən əlavə edir ki, Bayden bazar ertəsi səhər Amerika milli təhlükəsizlik rəsmiləri ilə görüşərək saziş üzrə yekun irəliləyiş strategiyasını müəyyənləşdirəcək. Görüşdə Baydeni Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris müşayiət edəcəyi qeyd edilib.

Qeyd edək ki, sentyabrın 1-də İsrailin Təl-Əviv şəhərində mitinq başlayıb və orada iştirakçılar Qəzza zolağında girovların azad edilməsinə dair sazişin tezliklə bağlanmasını tələb ediblər.

//Gülnarə Abasova, Editor.az