ABŞ: “Qəzzada mülki şəxslər üçün iki humanitar dəhliz yaradılacaq”backend

ABŞ: “Qəzzada mülki şəxslər üçün iki humanitar dəhliz yaradılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki humanitar dəhliz yaradılacaq ki, bu da insanların Qəzzanın şimalındakı münaqişə zonalarından qaçmasına imkan yaradacaq. Son bir neçə gündə hər gün 4-5 saat açıq olan ilk belə dəhliz artıq minlərlə insana daha təhlükəsiz ərazilərə çatmaq üçün imkan yaradıb”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, eyni zamanda fələstinli mülki vətəndaşların Qəzzadan zorla deportasiya edilməsini dəstəkləmədiklərini də xatırladıb. Patel Ukraynadakı ölümləri Qəzzadakı ölümlərlə müqayisə etməyi “uyğunsuz” hesab edib.
“Bu hallar tamamilə fərqlidir. Açığı, belə bir müqayisə aparmaq inanılmaz dərəcədə yersizdir”.

//Safura Bənnayeva, Editor.az