ABŞ qırıcısı İran üzərində vuruldu — pilotlardan biri xilas edilibbackend

ABŞ qırıcısı İran üzərində vuruldu — pilotlardan biri xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-a məxsus hərbi qırıcı təyyarə İran üzərində vurulub. İlkin məlumatlara görə, insident nəticəsində ekipaj üzvlərindən biri xilas edilib, digərinin taleyi isə hələlik naməlum olaraq qalır.

Bu barədə Reuters agentliyi adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər yayıb. Mənbənin sözlərinə görə, hadisənin detalları hələ dəqiqləşdirilir və hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam edir.

ABŞ Müdafiə Nazirliyi — Pentaqon və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı rəsmi açıqlama verməyib və mediadan gələn sorğular cavabsız qalıb.
Hadisənin səbəbləri, təyyarənin hansı şəraitdə vurulması və digər pilotun vəziyyəti ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az