ABŞ qoşunlarını Suriyadan tamamilə çıxara bilərbackend

ABŞ qoşunlarını Suriyadan tamamilə çıxara bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Amerika qoşunlarının Suriyadan tam çıxarılması imkanını ciddi şəkildə nəzərdən keçirir.

Editor.az “Foreign Policy” a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqondakı mənbələr məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezident administrasiyası Suriyada missiyanı artıq lazım görmür və hələ yekun qərar verməsə də, qoşunların ölkədən çıxarılmasının vaxtı və üsullarını müzakirə edir. Mənbələr jurnalistlərə bildiriblər ki, ABŞ-ın geri çəkilməsi variantlarından biri Suriya hakimiyyəti ilə Suriya Demokratik Qüvvələrinə (SDQ) bağlı kürdlər arasında İŞİD yaraqlılarına (Rusiyada qadağan olunmuş təşkilat) qarşı razılığın əldə olunmasıdır. Nəşr bu tərəflər arasında böyük fikir ayrılıqlarına görə belə bir ittifaqın mümkün olmadığını hesab edir. Materialın müəllifləri Amerika qoşunlarının mümkün çıxarılmasının ölkədə xaosa səbəb olacağını düşünürlər, lakin iddia edirlər ki, ABŞ rəhbərliyi bu addımı qaçılmaz hesab edir.

Pentaqon FP nəşrinin tezislərini təkzib edib və ABŞ qoşunlarının Suriyadan mümkün çıxarılması ilə bağlı mediada yayılan məlumatın səhv olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az