ABŞ razılıq verməsə, Kiyev seçim qarşısında qalacaq – Pentaqonun mətbuat katibinin müavinibackend

ABŞ razılıq verməsə, Kiyev seçim qarşısında qalacaq – Pentaqonun mətbuat katibinin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Ukraynaya 60 milyard avrodan çox yardımın uzadılmasına razılıq verməsə, Kiyev mövcud resursları nəzərə alınmaqla hansı yaşayış məntəqələri uğranda mübarizə aparacağı seçimi qarşısında qalacaq.

Editor.az bildirir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı deyib. O vurğulayıb ki, Senatın qərarı olmadan Ukrayna kritik yardım paketləri almayacaq. “Baxın, əgər biz daha çox əldə etməsək – Senatdan lazımi maliyyəni almasaq, biz bu kritik paketləri çatdıra bilməyəcəyik və Ukrayna seçim etməli və hansı şəhərlərə sahib olola biləcəkləri və hansı tərəfdaşların onları təmin etməyə davam edə biləcəkləri ilə bağlı qərar verməlidir”, – Sinq bildirib.

Onun fikrincə, Müdafiə Qüvvələrinin Avdiivkadan çıxarılması strateji idi. Ukrayna artilleriya və sursatını qorumaq üçün bu addımı atıb. “Mən sizi ukraynalılara yönləndirərdim. Əminəm ki, onlar döyüş planlarını sizə açıqlamaq niyyətində deyillər, lakin onlar mütləq cəbhə xəttindədirlər, hər qarış ərazi üçün hər gün döyüşürlər. Amma hər bir xüsusi şəhər haqqında danışa bilmirəm”, – o qeyd edib. Eyni zamanda, rəsmi Ukrayna Silahlı Qüvvələrinin Avdeevkadan çıxarılmasından sonra təhlükə altında ola biləcək yaşayış məntəqələrinin adlarını çəkməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az