ABŞ rəsmi Tehranı Azərbaycan səfirliyində törədilən terror aktını araşdırmağa və günahkarları cəzalandırmağa çağırdıbackend

ABŞ rəsmi Tehranı Azərbaycan səfirliyində törədilən terror aktını araşdırmağa və günahkarları cəzalandırmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir və diplomatik missiya binasının təhlükəsizlik xidmətinin rəhbərinin həyatına son qoyan insidentin araşdırılmasına çağırır.

Editor.az bildirir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib. Cümə axşamı ATƏT-in iclasında Amerika tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinə, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

ABŞ-ın ATƏT-dəki səfiri sosial şəbəkədəki səhifəsində yazıb: “ABŞ İran hakimiyyətini təhqiqat aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır”.
Xəbər verildiyi kimi, yanvarın 27-də səhər saatlarında naməlum şəxs səfirliyin binasına hücum edib.

Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. İran tərəfi terror aktının araşdırılmasına mane olur. Bakı bu davranışı pisləyir və Tehranın beynəlxalq öhdəliklərə əməl etməsinin vacibliyini bəyan edir.

//Samir Qurbanov,Editor.az