ABŞ prezident administrasiyasının bəzi rəsmiləri Ukraynanı işğal olunmuş Krıma endirdiyi zərbələrə görə tənqid edib.
Editor.az SNN-ə istinadən bildirir ki, onların fikrincə bu, ən yaxşı halda diqqəti yayındırmaq, ən pis halda isə resursları israf etməkdir.
Adı açıqlanmayan yüksək rütbəli müdafiə rəsmisinin sözlərinə görə, “bu, rusları bir az tarazlıqdan çıxardır, amma həlledici heç nə etmir”.
“Və, bəlkə də, onlar (Ukrayna Silahlı Qüvvələri – red.) sadəcə əks-hücum əməliyyatına diqqət yetirsələr, hamı üçün daha yaxşı olar”, – o vurğulayıb.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!