ABŞ rəsmisi Bakı və İrəvana SÖZ VERDİbackend

ABŞ rəsmisi Bakı və İrəvana SÖZ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderləri ilə təmasdadır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, ötən ay Nyu-Yorkda Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün keçirilməsini xatırladıb. Prays ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin Azərbaycan və Ermənistanla gündəlik əlaqə saxladığını söyləyib.

“Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticə vəd edə bilmərəm, amma söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq”, – deyə Ned Prays vurğulayıb.

//Modern.az