ABŞ rus bankı rəhbərlərinə və 3 Rusiya telekanalına qarşı sanksiyalar tətbiq edibbackend

ABŞ rus bankı rəhbərlərinə və 3 Rusiya telekanalına qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə onlayn keçirilən G7 liderlərinin sammitindən sonra ABŞ-dan Rusiyaya yeni sanksiyalar gəlib.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada deyilir.

Bəyanatda qeyd edilir ki, sanksiya siyahısında Rusiyanın iki ən mühüm bankının, bir Rusiya dövlət bankının və onun 10 törəmə şirkətinin, dövlət tərəfindən dəstəklənən silah istehsalçısının və dövlətin nəzarətində olan üç televiziya kanalının direktorlar şurasının üzvləri var. Bu istiqamətdə Rusiyanın ən böyük bankı “Sberbank”, ölkənin ən mühüm banklarından biri olan “Qazprombank” ın 27 idarə heyətinin də sanksiya siyahısına əlavə edildiyi açıqlanıb. Açıqlamada dövlətə məxsus Moskva Sənaye Bankı və onun 10 törəmə müəssisəsinə qarşı sanksiyaların tətbiq ediləcəyi bildirilib.

//Gülnarə Abasova, Editor.az