ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcəkbackend

ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisi Erik Vudhaus məlumat verib. “Nə qədər ki, Rusiya indiki kursu ilə irəliləməkdə davam edir, biz də indiki kursumuzu davam etdirəcəyik.

Biz öz kursumuzu davam etdirəcəyik, tədbirlərin miqyasını və intensivliyini qoruyub saxlamağa və hətta genişləndirməyə davam edəcəyik”, – siyasətçi qeyd edib. O vurğulayıb ki, Qərbin sanksiyaları Moskvanı Ukrayna münaqişəsi ilə bağlı danışıqlara başlamağa məcbur etmək məqsədi daşıyır.

“Birləşmiş Ştatlar prezident Putini danışıqlar masasına oturtmaq, Rusiya Federasiyası və Belarusun Ukraynaya hücumlarına görə ciddi iqtisadi və diplomatik bədəl ödəmələrini təmin etmək məqsədilə lazım olan təsir rıçaqlarının yaradılmasına kömək etmək üçün tərəfdaşlarla işləyir”, – deyə Vudhaus yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az