ABŞ daim Rusiyaya qarşı mümkün müharibəyə hazırdır.
Editor.az bildirir ki. bunu “IGA.net” saytına müsahibəsində təqaüddə olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodces deyib. ABŞ-ın Avropada Rusiya ilə hipotetik müharibəyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən o, qeyd edib ki, Amerika ordusu, aviasiyası, bütün xidmətləri daim təlim keçirir və döyüş qabiliyyətini saxlayır.
“Kremlə siqnal göndərmək üçün biz hazırıq. Və təbii ki, müttəfiqlərimizlə daim təlimlərdə işləyərək, hamımız hava və raketdən müdafiə imkanlarımızı, maddi-texniki bazamızı artırmağa çalışırıq”, – general bildirib. O, əlavə edib ki, “Soyuq Müharibə illərində – 1981-ci ildə Qərbi Almaniyada hələ leytenant rütbəsində olanda biz buna hər zaman hazırlaşırdıq.
Bizim hər gün işimiz SSRİ hücum edəcəyi təqdirdə ona qarşı döyüşməyə hazır olmaq idi”. Hazırda Avropada neçə min Amerika əsgərinin yerləşdirildiyini soruşduqda, Hodces izah etdi ki, bu rəqəmlər sirr deyil. “ABŞ-ın Avropadakı bütün qüvvələrindən (ordu, donanma, hava qüvvələri, dəniz piyadalarını hesablasanız) – bu, təxminən 100.000-dir.
Bu, həm də Qərbi Avropada – Almaniyada, İtaliyada, İspaniya və Türkiyə, həmçinin rotasiyada olanlar əsasən Polşa, Rumıniya və Baltikyanı ölkələrdə yerləşdirilən aktiv ehtiyatdır”.
Hodges həmçinin Ukraynanın Krımı işğaldan azad edə bilməsi üçün ona silah verilməsini istəyib.
//Samir Qurbanov, Editor.az