ABŞ Rusiya ilə münasibətlər məsələsində Hindistana narahatlığını bildiribbackend

ABŞ Rusiya ilə münasibətlər məsələsində Hindistana narahatlığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya ilə münasibətlər barədə narahatlığını Hindistana çatdırıb.

Editor.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. Nazirlik nümayəndəsi Hindistanın ABŞ-ın strateji tərəfdaşı olduğunu və onlarla tam və açıq dialoqda olduqlarını, ona görə də Amerika tərəfinin Nyu Dehlinin Moskva ilə münasibətlərindən narahat olduğunu vurğulayıb.

Modinin Moskvaya səfərini şərh edən Miller deyib: “Mən Baş nazir [Hindistan Narendra] Modinin nə dediyini görmək üçün ictimai açıqlamalarına baxacağam, lakin dediyim kimi, biz Hindistana onun Rusiya ilə münasibətləri ilə bağlı narahatlığımızı açıqladıq”. O əlavə edib ki, Vaşinqtonun Hindistan və hər hansı digər ölkənin Rusiya ilə qarşılıqlı əlaqədə olarkən BMT Nizamnaməsinə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olduqlarını açıqlayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, iyulun 8-də Hindistanın baş naziri Narendra Modi Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə edib.

//Gülnarə Abasova, Editor.az