ABŞ Dövlət Departamenti Vaşinqtonun Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı hərbi əməkdaşlıq müqaviləsindən xəbərdar olduğunu və Ər -Riyadla dialoqu davam etdirdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, Spuntik -ə danışan nazirlik sözçüsü razılaşmadan xəbərdar olduqlarını söyləyib və ABŞ-la Səudiyyə Ərəbistanı arasında sıx və davamlı təhlükəsizlik əməkdaşlığının olduğunu bildirib. Səudiyyə Ərəbistanının təhlükəsizliyinin qorunması istiqamətində danışıqların aparıldığını qeyd edən sözçü, Dövlət Departamentinin, Vaşinqtonun bütün tərəfdaşlarını və müttəfiqlərini Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) altında sanksiyalarla üzləşməmələri üçün Rusiya müdafiə sənayesi ilə genişmiqyaslı işlərdən çəkinməyə təşviq etməyə davam etdiklərini də qeyd edib.
//Gülnarə Abasova, Editor.az

