ABŞ Rusiya ilə Şimali Koreya arasında bu sazişin imzalanmasına reaksiya veribbackend

ABŞ Rusiya ilə Şimali Koreya arasında bu sazişin imzalanmasına reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Şimali Koreya arasında əlaqələrin dərinləşməsi və Moskva ilə Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ciddi narahatlıq doğurur.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Yonha agentliyinə məlumat verib. “Rusiya və Şimali Koreya arasında əməkdaşlığın dərinləşməsi Koreya yarımadasında sülhün və sabitliyin qorunmasında maraqlı olanların hamısını ciddi narahat etməli olan tendensiyadır”, – ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında bildirib. Pentaqonun verdiyi məlumata görə, ABŞ Rusiya Federasiyası ilə Şimali Koreya arasında münasibətlərin inkişafını izləməkdə davam edəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası ilə Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iki ölkəyə qarşılıqlı əlaqələri artırmağa imkan verə biləcək sıçrayışlı sənəddir.

//Gülnarə Abasova, Editor.az